Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sərhəddə əsir düşən erməni hərbçilərin taleyi necə olacaq?

Tarix: 18-11-2021 13:05     Baxış: 4192 A- / A+

Noyabrın 16-ı dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində döyüş əməliyyatları baş verdi. Ermənistan KİV-i hərbi əməliyyatlar zamanı 24 erməni hərbçisinin Azərbaycan tərəfindən əsir götürüldüyünü yazdı. 
Sərhəddə əsir düşən erməni hərbçilərin taleyi necə olacaq? Azərbaycan əsir düşdüyü bildirilən bu şəxsləri təhvil verəcək, yoxsa cinayət işi qaldırıb mühakimə edəcək? 

Manevr.az xəbər verir ki, politoloq Elxan Şıxəliyev mövzu ilə bağlı yenisabah.az-a danışıb:
“Azərbaycan tərəfdə hərbi əsirlər varsa, onları avtomatik olaraq Qırmızı Xaç Cəmiyyətinin reysterində qeydiyyatdan keçirirlər. Bu beynəlxalq insitutlar qarşısında öhdəliyimizdir. Bu reysterdə qeydiyyatdan keçəndən sonra Azərbaycan hüquqi prosedurlar həyata keçirir. İstənilən halda hərbi əsirin əsir götürülməsinə dair prosesual hüquqi prosedur başlanılır. Hərbi əsirlərin əməlləri cinayət, prosesual baza yaradırsa, Azərbaycan tərəfindən avtomatik olaraq cinayət işi qaldırılır və məhkəmə prosesləri həyata keçirilir. Növbəti mərhələdə siyasilərin anlaşmalarından sonra Qırmızı Xaç Cəmiyyətinin və yaxud rus sülhməramlılarının vasitəsilə əsirlər dəyişdirilə bilər. Əsirlər dəyişdirilmədiyi halda cəzalarını çəkməyə məcbur olacaqlar. Ümumiyyətlə, hərbi əsirlər üzərində qərar iki cür olur: Siyasi və hüquqi. Hansı qərarın uyğunlanacağını növbəti mərhələdə görəcəyik”.
Elxan Şıxəliyev qeyd edib ki, Ermənistan sülh sazişini imzalayacağı təqdirdə, əsirlər geri qaytarıla bilər”
“Bu gün Azərbaycanda erməni hərbi əsirlərin olması sərhədlərimizin tanınması, Zəngəzur dəhlizinin açılması istiqamətində əlimizdə olan çox böyük təsir vasitəsidir. Ermənilərin sülh sazişini imzalaması, Zəngəzur dəhlizinin açılması yönündə müsbət qərarları olarsa, təbiiki hərbi əsirlər bu və ya digər formada Ermənistana geri verilə və dəyişdirilə bilər. Siyasi anlaşmalar nəticəsində bunların hər biri mümkündür. Sülh sazişi ortada olacaqsa, biz Ermənistanla bir mərhələdən sonra iki qonşu dövlət kimi yaşaya biləcəyiksə, bu proseslərin hər biri baş verə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar