Sizin Reklam Burada
Xəbər lenti
22-06-2026
21-06-2026
20-06-2026
BÜTÜN XƏBƏRLƏR

Yevlax rayonunda tələbə qız oğurlanıb

Tarix: 13-11-2021 16:56     Baxış: 3270 A- / A+

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb.
Valideynlərinin Manevr.az-a verdiyi məlumata görə onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar.
Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda qalıblar. Onlar Yevlax polisinin hadisəyə çox biganə yanaşdığını, hətta onlara polis tərəfindən təzyiqlər olduğunu bidiriblər. Arada valideynlərinə söz veriblər ki, tezliklə qızı tapacaqlar. Ancaq sonradan qızın yaxınları anlayıblar ki, polis onları “yola verir”. Arada qız anası ilə telefon əlaqəsi saxlayıb və ağlayaraq onu tezliklə quldurların əlindən qurtarmalarını istəyib, yoxsa özünə qəsd edəcəyini söyləyib. Görəsən elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə Yevlax polisi adam oğrularını niyə “tapa bilmir?” Yaxud onların cinayətkarlara qarşı bu qədər humanist davranmaları nədən qaynaqlanır? Yəqin ki bu sula Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi açıq və aydın cavab verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar