Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana qaçdığı deyilən Kərim Babayev Rusiyada həbs edildi

Tarix: 09-11-2021 20:34     Baxış: 3164 A- / A+
Azərbaycana qaçdığı deyilən Kərim Babayev Rusiyada həbs edildi
Rostov-na-Don məhkəməsi Rostov vilayətində cinayətkar qruplaşma təşkil etməkdə şübhəli bilinən və federal axtarışda olan azərbaycanlı iş adamı Kərim Babayevi həbs edib.TASS xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında deyilir. Kərim Babayevə qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə də ittiham irəli sürülüb. 
Xatırladaq ki, aprelin 28-i Rusiyanın güc strukturları Rostov vilayətinin Aksay rayonunda təxminən 3,5 min hüquq-mühafizə əməkdaşının iştirakı ilə azərbaycanlı iş adamı Kərim Babayevə məxsus bir neçə bazarın ərazisində xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Kərim Babayevə məxsus "Atlant”, "Klassik”, "Almaz” və "Ovoşnoy” bazarlarında ən az 460 qanunsuz miqrant saxlanılıb. Saxlanılanların Əfqanıstan, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları olduqları bildirilib.
Əməliyyat Kərim Babayevin 20 il əvvəl təşkil etdiyi cinayətkar qruplaşmada iştirak etmək, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən və aprelin ortalarında saxlanılan Aksay rayon administrasiyasının rəhbəri Vitali Borzenkonun işi ilə əlaqədar olub.
Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da, qalanları barədə cinayət işi başlanılıb.
Bu hadisələrdən sonra Kərim Babayevin Türkiyə üzərindən Azərbaycana qaçdığı deyilirdi. (qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar