Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam koronadan öldü

Tarix: 09-11-2021 11:37     Baxış: 3243 A- / A+






Tanınmış azərbaycanlı rəssam Abbas Kazımov Moskvada koronavirusdan dünyasını dəyişib.

Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov məlumat yayıb.
Bildirib ki, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də 65 yaşında vəfat edib.
Qeyd edək ki, Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvü olub. O, rəngkarlıqda "xalça üslubu"nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılıb. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunub./kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar