Xəbər lenti
Azərbaycanda 34 il həbsdə yatan şəxs yenə tutuldu - ŞƏKİL

Şəkidə otlaq sahəsindən mal-qara oğurlayan şəxs saxlanılıb.
Manevr.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sfera.az-a verilən məlumata görə, polisə müraciət edən 7 nəfər onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı mal-heyvan bazarında satdığını bildirib.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































