Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyada itkin düşən azərbaycanlı həkim tapıldı

Tarix: 05-11-2021 10:55     Baxış: 3192 A- / A+
Almaniyada itkin düşən azərbaycanlı həkim tapıldı
Macarıstandan Almaniyaya səfər edərkən itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərli tapılıb.Bu barədə Manevr.az bildirir ki, "qafqazinfo”ya onun həyat yoldaşı Ülkər Qaçayeva məlumat verib. Xanımının sözlərinə görə, T.Cəfərlinin Almaniyada yox, Macarıstanda olduğu müəyyənləşib:
"Toğrul oktyabrın 27-də Macarıstandan Almaniyaya uçuş edən zaman hava limanında səhhəti pisləşib və huşunu itirib. Aeroport əməkdaşları onu xəstəxanaya çatdırıblar. Uçuş öncəsi qeydiyyatını tamamladığı üçün hava yolu şirkəti onun Macarıstandan çıxış etdiyini göstərib. Biz də onun Almaniyada olduğunu sanmışıq. Əslində isə Toğrul Macarıstanda imiş. Buna görə də Almaniya polisi onu tapa bilməyib. Toğrul xəstəxanada müalicə aldığı müddətdə bizimlə əlaqə yarada bilməyib. Bu gün videozənglə özü ilə danışmışam. Axşamüstü Almaniyada olacaq. Əvvəlcə polis bölməsinə gedib izahat yazacağıq ki, axtarışı dayandırsınlar”.
Qeyd edək ki, oktyabrın 27-dən bəri T.Cəfərlidən xəbər almaq mümkün olmamışdı. O, Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr işləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar