Xəbər lenti
Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Ölənlər var- VİDEO

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.
Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.
Publika.az-ın hadisə yerinə olan müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin İbrahim Quliyev, soyadı hələlik məlum olmayan İbrahim adlı iki tələbəsi həyatını itirib.
Hadisə nəticəsində bundan əlavə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.
Qəza səbəbindən həmin yolda tıxac yaranıb.
Bakipost.az-un yaydığı videonu təqdim edirik.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































