Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Fəzail Ağamalının qızının bağçasındakı döyülmə iddiası ilə bağlı qərar verildi

Tarix: 02-11-2021 17:15     Baxış: 3318 A- / A+


Deputat, Ana Vətən Partiyasının sədri Fəzail  Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında 7 yaşlı daun sindromlu uşağın döyülmə iddiası ilə bağlı aparılan araşdırma yekunlaşıb.

Manevr.az xəbər verir ki, hər iki tərəfin şikayət ərizəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Təhqiqatın nəticəsinə görə, azyaşlı uşağın döyülməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb. Bunu nəzərə alaraq, cinayət işinin başlanılması rədd edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza məlumatı təsdiqləyib.

Xatırladaq ki, Bakı şəhər sakini A.K polisə müraciətində bildirmişdi ki, bu ilin iyun ayından sentyabrın 14-dək olan müddətdə 2014-cü il təvəllüdlü qızı təhsil aldığı “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb. Bağçanın sahibi Günay Ağamalı isə saytımıza açıqlamasında bu iddianı təkzib edərək həmin valideynin son 3 ayın ödənişinin geri qaytarılması üçün onları təhdid etdiyini bildirmişdi.

Qeyd edək ki, G.Ağamalı eyni zamanda Fəzail Ağamalının müşaviridir./qafqazinfo 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar