Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı həkim Almaniyada itkin düşdü

Tarix: 01-11-2021 18:17     Baxış: 3202 A- / A+




Almaniyada yaşayan azərbaycanlı həkim Toğrul Cəfərli itkin düşüb.
 
Bu barədə onun həyat yoldaşı Ülkər Qaçayeva məlumat verib.
 
O bildirib ki, T.Cəfərli 27 oktyabrda Macarıstandan Frankfurta eniş edib və həmin andan onunla əlaqə kəsilib: “Mənə demişdi ki, layihələrim var, Macarıstanda investorlar tapmışam. Macarıstana gedib bir gün orada qaldı və yenidən Frankfurta qayıtdı. Mənimlə sonuncu dəfə oktyabrın 27-də danışıb. Hava limanına eniş edəndən sonra hara getdiyi bilinmir. Həmin gün mən Bakıda idim. 2 gün xəbər ala bilmədiyim üçün dərhal Almaniyaya getdim. Ailə üzvünün müraciəti olmadan polis məsələyə baxmırdı. Polisin araşdırmasına görə, Frankfurt hava limanına eniş edib və heç bir hava şirkəti ilə Almaniyadan çıxış etməyib”.
 
Qeyd edək ki, T.Cəfərli Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr olaraq çalışır. Son zamanlar ağır rejimdə işlədiyi üçün yuxusuz qaldığı və psixoloji gərginlik keçirdiyi bildirilir. Məsələ ilə bağlı Almaniya hüquq-mühafizə orqanlarına müraciət olunub./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar