Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bloqer Saməddin Məmmədov niyə həbs edilib? - DİN-dən açıqlama

Tarix: 31-10-2021 14:43     Baxış: 3282 A- / A+



Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Nahid Məmmədov atası Saməddin Məmmədovun saxlanıldığını, ondan xəbər ala bilmədiklərini deyib. O iddia edib ki, atası bloqer fəaliyyətinə və siyasi baxışına görə tutulub. N.Məmmədov onu da əlavə edib ki, özü də Cəlilabad Rayon Polis Şöbəsində zorakılığa məruz qalıb.

Manevr.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bununla bağlı “qafqazinfo”nun sorğusunu cavablandırıb.

“Sosial şəbəkələrdəki bəzi səhifələrdə Cəlilabad rayon sakini, özünü bloqer kimi kimi təqdim edən Saməddin Məmmədovun qərəzli səbəblərdən həbs edilməsi ilə bağlı uydurma iddialar paylaşılıb. Bu iddiaların heç bir əsası yoxdur.

Belə ki, S.Məmmədov, oğlu N.Məmmədov və  bacısı oğlu E.Məmmədovla birlikdə sentyabrın 27-də Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini E.Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər, S.Məmmədov isə bu zaman E.Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib”, - DİN rəsmisi qeyd edib.

O vurğulayıb ki, faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb:

“S.Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Oktyabrın 30-da isə S.Məmmədovun şəxsi əşyalarını və idarə etdiyi nəqliyyat vasitəsini təhvil almaqdan ötrü oğlu N.Məmmədov və anası Cəlilabad Rayon Polis Şöbəsinə gəliblər. Bu zaman şöbə rəhbərliyi tərəfindən qəbul ediliblər və onları maraqlandıran suallar barədə məlumat verilib. N.Məmmədova qarşı heç bir fiziki güc və ya zor tətbiq edilməyib. İddialar əsassızdır və həqiqəti əks etdirmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar