Xəbər lenti
İmişlidə zorlanan 11 yaşlı qız: Dedi ki, heç kimə demə - Video

İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın hadisə ilə bağlı danışığını əks etdirən görüntülər yayılıb.
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı ARB süjet hazırlayıb.
Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını tapşırdığını deyib: “Dedi ki, heç kimə demə”.
Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.
Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.
Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.
Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar