Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Özünə qəsd edən şəhid anasına dövlət hansı dəstəyi göstərib? - RƏSMİ

Tarix: 27-10-2021 13:20     Baxış: 4202 A- / A+


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin anası (Məmmədova Vüsalə Gülbala qızı) və atasına (Həsənov Azər Sahib oğlu) Prezident təqaüdü (aylıq 500 manat) təyin edilib".

Manevr.az xəbər verir ki, bu barədə bakupost.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, şəhidin anası V. Məmmədovaya 11 000 manat sığorta ödənişi verilib:

"DOST İş Mərkəzində Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində (aylıq maaş 250 manat) işə qəbul edilib. Mənzil növbəsinə alınıb. İlin sonunadək ailənin mənzillə təminatı həyata keçiriləcək.
YAŞAT Fondu tərəfindən 19.05.2021 tarixdə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə (2565 manat) yardım edilib. 23.06.2021 tarixdə "Dokta" MMC-də, 09.09.2021 tarixdə Gəncə Müalicə Diaqnostika Mərkəzindəki xərcləri qarşılanıb".
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, şəhid Həsənov Sahib Azər oğlu 28.10.2020-ci iI tarixdə Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Cənab Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar