Sizin Reklam Burada
Xəbər lenti
28-08-2025
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polis əməkdaşları silah oğurlamaqda təqsirli bilinir

Tarix: 26-10-2021 11:52     Baxış: 3335 A- / A+

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.
Manevr.az xəbər verir ki, hər iki polis əməkdaşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.
Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.
Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar