Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təbrizdə valiyə şillə vuran şəxs “Canlı Şəhid” adını qazanan azərbaycanlıdır - VİDEO

Tarix: 24-10-2021 11:52     Baxış: 4372 A- / A+


Təbriz Şəhər Valilik binasında şəhərə yeni vali təyin edilən Xürrem Rezevi səhnəyə qalxan bir şəxs tərəfindən hücuma məruz qalıb.
 
Məlumata görə, Xürrem Rezeviniyə şillə vuran şəxs bu etirazı onunla əlaqələndirib ki, Təbrizdə fars dilində çıxış təbrizlilərə təhqirdi.
 
Videodan göründüyü kimi fars dilində danışan yeni vali Təbriz ŞAPALAĞI ilə qarşılaşır.
 
Hadisə ilə bağlı tanınmış jurnalist Fikrət Fərəməzoğlu da maraqlı məlumat paylaşıb.

Manevr.az sozcu.az-a istinadən həmin məlumatı təqdim edir:
 
“Bu gün Təbrizdə baş verən məlum hadisənin səbəbkarı heç də kiçik adam olmayıb. Həmin şəxs İran-İraq müharibəsi zamanı yalnız Azərbaycan türklərindən təşkil olunmuş, müharibənin taleyini dəyişmiş, habelə İraq ordusunun ən çox çəkindiyi “Ləşkəre Aşura”, yəni “Aşura Ordusu”nun polkovnikidir.
 
İranda həmin ordunun tərkibində döyüşmüş, amma sağ qalmış adamlara xüsusi simpatiya var. Çünki onlar müharibə zamanı ən çətin tapşırıqları, ən ağır əməliyyatları keçirən və “Canlı Şəhid” adını qazanmış adamlardırlar. Bir sözlə, hökumət belə onlardan bu gün də ciddi şəkildə çəkinir.
 
Adamın adı açıqlanmır. Hadisənin şəxsi zəmində baş verdiyi deyilir. Ki, bu inandırıcı deyil. Adam, xüsusən də Təbrizli həyatı boyu ciddi səbəb olmadan, özü də Daxili işlər nazirinin düz gözü qarşısında valiyə sillə vurmaz. Demək ki, əsaslı bir səbəb var”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar