Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tanınmış elm xadimi vəfat etdi

Tarix: 17-10-2021 10:11     Baxış: 4182 A- / A+


Cəlilabad rayonunda tanınmış elm xadimi, Əməkdar müəllim Ayaz Həsənov dünyasını dəyişib.
Manevr.az "report"a istinadən bildirir ki, o, 71 yaşında vəfat edib.
Qeyd edək ki, 1950-ci ildə anadan olmuş Həsənov Ayaz Yolçu oğlu Azərbaycanın Əməkdar müəllimidir. O, Prezident İlham Əliyevin 3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Azərbaycan SSR Maarif Nazirliyinin 13 may 1983-cü il tarixli qərarı ilə Metodist müəllim adına layiq görülən Ayaz Yolçu oğluna 1985-ci ildə "Ali kateqoriyalı" müəllim statusu verilib və həmin ildə də SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin bürünc medalı ilə təltif olunub.
A.Həsənov 40 il - 1973-cü ildən 2013-cü ilədək orta təhsil aldığı Cəlilabad şəhər Nizami adına 1 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edib. 2013-cü ildən isə Azərbaycan Müəllimlər İnistitutunun (İndiki ADPU) Cəlilabad filialında metodist işləyib və daha sonra "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş "kabinetinin müdiri vəzifəsinə təyin olunub.
A.Həsənov hələ orta məktəbi bitirdikdən sonra təmiz səsə malik olduğu üçün yerli radio verilişləri redaksiyasının diktoru kimi fəaliyyət göstərib və rayonda çıxan "Taxılçı" qəzetinin redaksiyası ilə əməkdaşlıq edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar