Xəbər lenti
Avtobus qəzasında yaralananların vəziyyəti necədir?

Manevr.az xəbərinə görə, bu barədə “qafqazinfo”ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, yaralılardan 3 nəfərin vəziyyəti stabildir. 1 nəfər isə reanimasiyaya yerləşdirilib. Hazırda onun da vəziyyəti stabil dəyərləndirilir.
3 saylı Sabunçu Şəhər Xəstəxanasından isə bildirilib ki, hazırda xəstəxananın travmatologiya şöbəsində 4 yaralı müalicə alır. Onların vəziyyətləri stabil qiymətləndirilir. Həmçinin reanimasiya şöbəsində də 4 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün səhər saatlarında Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan 11 nəfəri kişi, 10 nəfəri qadındır.
İlkin ehtimala görə, qəza yük avtomobilinin sürücüsünün yuxulu olması səbəbindən baş verib. Sürücü - 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar