Xəbər lenti
Sürücü şəhid oğlunu avtomobillə vurdu, sonra boğazını kəsdi

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manevr.az-ın məlumatına görə, hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Quliyev Ceyhun Nazim oğlu yolu keçərkən onu avtomobil vurub. Daha sonra avtomobilin sürücüsü yaralı gəncə yaxınlaşaraq onun boğazına və bədənin müxtəlif yerlərinə bir neçə bıçaq zərbəsi endirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı, boğaz, boyun, bel nahiyəsinin bıçaq yaraları diaqnozları qoyulub.
Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Qohumlarından əldə etdiyimiz məlumata görə C. Quliyev Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Quliyevin oğludur və hadisəni Müşviq adlı şəxs törədib.
Faktla bağlı araşdırma aparılır./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Təqvim
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar