Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kəramət Böyükçöldən xəbər var – “Çox aciz, ruhsuz, kefsiz və çarəsiz..."

Tarix: 12-10-2021 11:09     Baxış: 3345 A- / A+




“Maştağadakı Narkoloji Dispanserdə olduq. Məni, Kəramətin atası Qəşəm müəllimi və anası Tabəs xalanı baş direktor Orxan həkim qəbul etdi. Dispanserə yollanmazdan əvvəl Kəraməti ora aparan səlahiyyət sahibləri ilə danışıldı, israr edildi ki, görüş təmin edilsin. Şükürlər olsun ki, təmin olundu, Orxan həkim Kəraməti kabinetinə gətirtdi”.
 
Manevr.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
 
“Kəraməti çox aciz, ruhsuz, kefsiz və çarəsiz gördüm. Aclıq aksiyasına başlamışdı. Təkid edirdi ki, onu dispanserdən çıxardım. Dərmanlar Kəraməti keyləşdirmişdi. “Rüfət, gedək Barışı görüm, dərhal da qayıdaq”, - deyə insanı yandırıb-yaxan, mənəvi əzab və iztirab verən, ruhən incidən, çox ağır təsir edən xahişlərdə bulundu. İmtina etdim, daha doğrusu, yalan danışdım: “Sabah razılıq verəcəklər, gəlib yanında qalacam”.  Çünki qalmalı, mütləq qalmalı, zəruri müalicə kursu keçməlidir, yoxsa, iraq olsun, ölə bilər. İnsafən, oradakı şərait belədir: təmirli, gündə 3 dəfə yemək, başqalarına deyə bilmərəm, amma Kəramətə pulsuz dava-dərman, yüksək qayğı. Eyni zamanda, baş direktor inam ifadə etdi ki, 21 gün ərzində müalicə bitəcək, Kəramətin sağlamlığı üçün əllərindən gələni edəcəklər, çünki məsələ ən yüksək səviyyədə nəzarət altındadır.
Kəraməti birtəhər inandıra bildim ki, aclığı dayandırmalıdır. O, söz verdi ki, gedib çörək yeyəcək. Əminəm ki, Kəramət tam sağalacaq” – R.Səfərov qeyd edib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar