Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb - İLGİNC MƏLUMATLAR

Tarix: 07-10-2021 18:11     Baxış: 4130 A- / A+

İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakını tərk etməsi haqda xəbər yayılıb. İİR-dan BBC-Azərbaycana bildiriblər ki, Ocaqnejad artıq Tehrandadır.
Manevr.az xəbər verir ki, musavat.com saytı Ocaqnejadın əslində Azərbaycandan qaçdığını yazıb.
Xəbərə görə, Ocaqnejad Azərbaycanda diplomatik statusla, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşüb, amma öz statusuna uyğun fəaliyyət göstərməyib.
Belə ki, onun ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib.
Məlum olub ki, burada mütəmadi olaraq Azərbaycanın dövlət quruluşu, idarəçiliyi və hakimiyyətinə qarşı təbliğat aparılıb, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində milli, irqi, sosial və dini nifrətin, düşmənçiliyin təbliği işi qurulub.
Məlumatda bildirilir ki, Azərbaycanın müvafiq dövlət orqanlarının bütün bu faktlar, qanunsuzluqlar haqda məlumat əldə etdiyindən xəbər tutan Seyid Əli Əkbər Ocaqnejad gizli yolla Azərbaycanı tərk edib. Yəni o, faktiki olaraq, ölkədən qaçıb. Bununla Ocaqnejad qanunazidd, mandatından kənar əməllər törətdiyini də etiraf etmiş olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar