Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın etdi, xəsarət alan var

Tarix: 07-10-2021 10:20     Baxış: 2182 A- / A+


Lənkəranda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var.
Manevr.az bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib.
Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb. Şahidlərin dediyinə görə basqın edənlər üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaq doldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yerdən xəsarət alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar