Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məcburi köçkünlərin yataqxanasında qətl - Qonşusunu şişlə öldürüldü

Tarix: 06-03-2017 10:12     Baxış: 4344 A- / A+
Bakıda məcburi köçkünlərin yataqxanasında qətl

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.

Məlumata görə, yuxarı mərtəbədə yaşayan M. Şükürovun televizor və maqintafona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S. Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. M. Şükürovun S. Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S. Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.

Hadisəni törədən S. Mehdiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar