Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

İranmeyilli çağırışlar edən qadınlar kimlərdir? - VİDEO

Tarix: 02-10-2021 22:20     Baxış: 3138 A- / A+
İranmeyilli çağırışlar edən qadınlar kimlərdir? - VİDEO

İranın Azərbaycana qarşı qərəzli açıqlamalarının ardınca iranmeyilli olması ilə fərqlənən bir sıra şəxslərin də aktiv fazaya keçdiyini müşahidə edirik.

Hətta bir neçə gün bundan əvvəl şəhidlərin anım mərasimində bəzi şəxslərin məqsədyönlü şəkildə radikal dini zəmində düşmənçilik çağırışları etdiyini də gördük. Düzdür, təhlükəsizlik orqanları tərəfindən bu qanunazidd davranışların qarşısı alındı. Amma növbəti dəfə özünü İranda fəaliyyət göstərən "zeynəbçilər” kimi təqdim edən dini-radikal təşkilatın nümayəndələri olan Azərbaycan vətəndaşları din pərdəsi altında radikal çıxışlar etdilər. Onlar özlərini sanki İranın Azərbaycandakı dini nümayəndəsi kimi aparırdılar. Təbii ki, bu cür insanların İran qarşısındakı mütiliyi, bu ölkənin təsirinə düşərək faktiki olaraq dini vassala çevrilməsi çox təəssüfləndirici məqamdır. Hətta şəhidimiz Polad Həşimovun qəbri üstündə din xadimi "şiə şəhidi” anlayışı adı altında insanların düşüncələrini parçalamağa və dini fərqi ortaya çıxarmağa çalışdı. Bununla da bir növ həmin dini kəsimin nə cür oyun oynadığının şahidi olduq.

Bütün bunlara isə tam şəkildə müqavimət göstərilməli, həmin şəxslərin Azərbaycanın liberal görüşlərinin əksinə olan radikal davranışlarının qarşısı alınmalıdır. Çünki onlar heç bir halda Azərbaycanın ümumi konfiqurasiyasına ziyan vurmamalı, bu cəhdlərin qarşısı isə elə yerindəcə alınmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar