Xəbər lenti
Marneulidə seçkiqabağı qarşıdurma: yaralılar var

Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.
Manevr.az xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) namizədləri - Rövşən İsgəndərov və Laşa Kveladze arasında fiziki qarşıdurma olub.
VMHP nümayəndəsi Murad Muradov jurnalistlərə açıqlamasında deyib ki, hadisə Sadaxlı kəndində aparılan seçkiqabağı kampaniyadan sonra baş verib: “Hazırda Laşa Kveladze polisə şikayət ərizəsi təqdim edir. O, xəsarətlər alıb, gözündə və digər bədən nahiyələrində xəsarətlər var. Partiyanın digər üzvü Mişa Okupaşviliyə də xəsarətlər yetirilib”.
“Gürcü Arzusu”nun Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı isə baş verən hadisədə müxalif partiyanı günahlandırıb. O bildirib ki, L.Kveladze R.İsgəndərovu döyüb: “Bu, müxalifətin növbəti və gözlənilən təxribatıdır. Rövşən İsgəndərov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır, onun əməliyyata da ehtiyacı ola bilər”.
Deputat insidentlə bağlı artıq istintaqın başlandığını qeyd edib./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































