Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mafiyalar arasında qanlı toqquşma: 24 nəfər öldü, 42 nəfər yaralandı

Tarix: 30-09-2021 07:18     Baxış: 4196 A- / A+
Mafiyalar arasında qanlı toqquşma:

İki mafiya qrupu arasında qarşıdurma baş verib, nəticədə 24 nəfər öldürülüb, 42 nəfər yaralanıb.

Hadisə Ekvadorun Guayaquil şəhər həbsxanasında baş verib.

Silahlı qarşıdurmanın mafiyalar arasında liderlik mübahisəsi zəminində baş verdiyi bildirilir. Rəsmilər ölən şəxslərin bədənlərində güllə izləri və partlayıcı maddələrdən qaynaqlanan yaralar olduğunu bildirib.

Polis rəsmisi Buenano deyib ki, polis əməkdaşları qarşıdurmanın ən şiddətli hissəsinin yaşandığı 5 nömrəli düşərgəyə daxil olarkən vurularaq və əl bombası ilə partladılaraq ölənlərin cəsədini müəyyən edib.

Qeyd edək ki, son zamanlar Ekvadorda mafiyalar xüsusi fəallığı ilə seçilir. Mafiya şəbəkələri beynəlxalq narkotik şəbəkəsini səlahiyyət uğrunda savaşlarında içinə çəkirlər.

Fevralda ölkə tarixində ən zorakı həbsxana üsyanı zamanı 72 nəfər ölmüşdü. Bu ayın əvvəllərində Guayaquil yaxınlarındakı həbsxana dronlar tərəfindən vurulmuşdu.

Ümumən Ekvadorda 29 min məhkum 60 həbsxanada saxlanılır. Amma daha çox şəxsin həbsxanada olması və həbsxanada işləyənlərin sayının az olması Ekvador hökumətinin ora tam nəzarətinə imkan vermir.

2020-ci ildə həbsxanalarda 103 nəfər ölüb. Avqustda isə həbsxanada çıxan üsyanda 27 məhkum ölüb. teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar