Xəbər lenti
Bu görüntülər ölkəni ayağa qaldırdı - Boğulan qadın...
İspaniyanın Bilbao şəhərindəki Nervion çayına xəbərsiz yerləşdirilən “Boğulan qadın heykəl”i şəhərdə narahatlıq yaradıb.
Manevr.az lent.az-a istinadən məlumat verir ki, çayın kənarından keçən şəhər əhalisi dəhşətli mənzərə ilə qarşılaşıblar. Çayda görünən gənc qız üzü şəhər sakinlərini dəhşətə gətirib. Boğulmuş kimi görünən bu gənc qızın o qədər real görüntüsü olub ki, yanından keçən insanlar birdən nə edəcəyini bilməyiblər. Sonra həqiqət ortaya çıxıb.
Meksikalı hiper-realist rəssam Ruben Orozkonun “fiberglas” dan hazırlanan heykələ “Bihar” (Bask dilində sabah deməkdir) adı verilərək xüsusi bir layihə üçün çaya yerləşdirilib. Layihəyə görə heykəl kömək və həmrəyliyin əhəmiyyətini çatdırmaq istəyir.
Dalğa ilə suyun səthinə qalxan, sonra batan 120 kiloqramlıq nəhəng fiqur hər gün görünür və yox olur. Şəhər sakinlərinin fikrincə, bu heykəl onları gələcəkdə gözləyən təhlükələrə işarədir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar