Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İcra başçısına məxsus restoranda çəkiliş aparan jurnalistin qolu sındırıldı - ŞƏKİL

Tarix: 29-09-2021 14:50     Baxış: 3228 A- / A+
İcra başçısına məxsus restoranda çəkiliş aparan jurnalistin qolu sındırıldı - ŞƏKİL

"Kanal 13"-ün əməkdaşı Əvəz Hafizli bir qrup şəxs tərəfindən döyülüb.

Manevr.az xəbər verir ki, bu barədə internet kanalın direktoru Əziz Orucov məlumat yayıb.

O, iddia edib ki, jurnalist Yasamalın icra başçısı Elşad Həsənova məxus restoranda döyülüb və qolu sındırılıb: "Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən "Dəyirman" restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı göstərilən təziq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnməsi baş vermişdir. Həmçinin telefonu əlindən alınaraq sındırılıb".

Əziz Orucov hüquq müdafiəçilərini, jurnalistləri, ictimai fəalları və eləcədə aktiv insanları məsələyə biganə qalmamağa çağırıb.

O, arqument.az-a deyib ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Tele-kanal rəhbəri bildirib ki, hazırda fiziki zorakılığa məruz qalan jurnalist həkim nəzarətindədir.

Manevr.az
İcra başçısına məxsus restoranda çəkiliş aparan jurnalistin qolu sındırıldı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar