Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Boğazı üzülən şəxs həyata qaytarıldı - Bakıda unikal əməliyyat

Tarix: 18-09-2021 17:56     Baxış: 4294 A- / A+
Boğazı üzülən şəxs həyata qaytarıldı - Bakıda unikal əməliyyat

Respublika Klinik Xəstəxanasında başı kəsilən şəxsin üzərində unikal əməliyyat həyata keçirilib.

Manevr.az
xəbər verir ki, sentyabrın 13-də saat 14-15 radələrində Təcili Tibbi Yardım tərəfindən özünü Azər Məmmədov kimi təqdim edən şəxs klinikaya boğazın kəsilməsi yarası ilə daxil olub. Həkim cərrah Fariz Camalovun rəhbərlik etdiyi əməliyyat qrupu yaralıya ilkin yardım göstərdikdən sonra bir necə saat davam edən ağır əməliyyat icra edib: "Təftiş zamanı məlum oldu ki, xəstənin udlaq və qıtlağı, tiloid vəzin yuxarı qütbü, sol vena və sinir dəsti kəsilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan qıtlaq kəsilən yerdən xəstə intubasiya olundu. Sonra udlaq plastika edildi. Traxiya bərpa olundu”.

Əməliyyatdan dərhal sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Uğurlu əməliyyatdan iki gün sonra xəstə burundan keçməklə boğaza yerləşdirilmiş xüsusi boru vasitəsi ilə qidalanıb: "Əməliyyatdan 5 gün sonra xəstə özü tibb işçiləri olmadan sözü gedən borunu burnundan çıxarıb qida qəbul edib. Bu isə əməliyyatdan sonra yolverilməz hesab olunur. Lakin əməliyyatın uğurla keçməsi səbəbindən xəstədə hər hansı bir problem yaranmadı.

Fariz Camalov deyir ki, 35 illik həkim təcrübəsində bu kimi əməliyyatla qarşılaşmayıb: "Qeyri odlu silah yaralanmalarında qıtlaq və udlağın, damar sinir dəstəsinin zədələnməsi bir yerdə ola bilməz. Lakin bizim xəstədə bütün bunlar bərabər baş verib. Buna baxmayaraq biz plastikanı icra etdik. Qanaxmanı dayandırdıq. Bu gün xəstəmizin vəziyyəti stabildir. Müalicə davam edir 4-5 günə yaralını evə yazarıq”.

Özünü Azər Məmmədov kimi təqdim edən yaralı ilə qısa söhbət etmək imkanımızda oldu. Xəstənin səs tellərində problem olduğundan suallarımıza ətraflı cavab ala bilmədik.

Qeyd edək ki, əməliyyatın aparılmasında tibbi və texniki vasitələrin təminatı Tibbi Sığorta tərəfindən həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin APA TV-yə verdiyi məlumata görə, ilkin ehtimalla Azər Məmmədov narkotik istifadəçisidir. Onun ülgüclə boğaz nahiyəsindən özünə xəsarət yetirməsi ehtimal olunur.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar