Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

İdmançı jurnalisti hədələdi: Nazirə müraciət ediləcək

Tarix: 18-09-2021 14:04     Baxış: 4134 A- / A+
İdmançı jurnalisti hədələdi: Nazirə müraciət ediləcək

“Olimpus Park” şirkətinin rəhbəri Rafael Qarayevin dayısı oğlu, idmançı Vüqar Fərəcli “Yeni Müsavat”ın jurnalisti İlkin Muradovu hədələyib.

Manevr.az xəbər verir ki, buna səbəb kimi V.Fərəcli jurnalistin “yoxlanılmamış materiallar” dərc etdiyini bildirib.

Vüqar Fərəcli hədə-qorxu gələrək sosial şəbəkə hesabında vaxtı ilə mərhum jurnalist Rasim Əliyevə vurulan yumruqlardan İlkin Muradova da vurmaq lazım olduğunu qeyd edib. Şirkətin rəhbəri olan Rafael Qarayevin ətrafında olan xeyli sayda idmançı var ki, onların çoxu da bu şirkətdə çalışır. Onlardan biri də Vüqar Fərəclidir.

Jurnalist İlkin Muradov məsələ ilə bağlı artıq “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib. Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, “Olimpus Park” şirkətinin rəhbərliyinin həm vətəndaşlara, həm də jurnalistlərə qarşı kobud davranış nümayiş etdirdiyinin, hədə-qorxu gəldiyinin şahidi oluruq.

“Əgər əvvəllər şirkət rəhbərliyi hadisə yerində vətəndaşlarla əlbəyaxa davaya çıxırdılarsa, indi də virtual olaraq jurnalistlərə, sakinlərə hədə-qorxu gəlməyə başlayıb. Hesab edirəm ki, artıq məsələni hüquq müstəvisinə çıxartdıqdan sonra bu, onların edə biləcəyi son addım olacaq”, - jurnalist deyib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar