Sizin Reklam Burada
Xəbər lenti
22-06-2026
21-06-2026
BÜTÜN XƏBƏRLƏR

Eldar Həsənova süni nəfəs aparatı qoşuldu...

Tarix: 17-09-2021 18:23     Baxış: 4225 A- / A+
Eldar Həsənova süni nəfəs aparatı qoşuldu...

“Atamı müayinə etmək üçün gələn təcili yardım işçiləri özləri belə şokda idilər”.

Manevr.az xəbər verir ki, bunu atasının səhhətinin ağırlaşması ilə bağlı daha bir həyəcan təbili çalan məhkəməsi keçirilən sabiq Baş prokuror Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün “Facebook” hesabında yazıb.

Səbinə Hüseynova atasının ağır xəstə vəziyyətində məhkəməyə gətirilməsini ədalətsizlik adlandırıb:

“Bu gün atam Eldar Həsənovun qondarma itthamlarla bağlı növbəti məhkəməsi oldu. Səhhəti o qədər ağır idi ki, nə özü, nə də vəkilləri prosesin keçirilməyəcəyinə əmin idilər.

Ancaq onu elə ağır vəziyyətdə məhkəməyə gətirdilər. Prosesin ilk anındaca huşunu itirdi. Atamı müayinə etmək üçün gələn təcili yardım işçiləri özləri belə şokda idilər. Məhkəmənin dəhlizində atama süni nəfəs aparatı qoşuldu və sistem qoyuldu.

Bu hansı ədalətə sığır? Bunu o adama edirlər ki, müstəqillikdən sonra ölkənin hüquq-mühafizə orqanlarının qurucularından olub. Bir övlad kimi onun dilindən “Qızım, mənim sonum yaxınlaşır” ifadəsini eşitmək çox ağır idi…”/yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar