Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevi məhkəməyə verdi

Tarix: 14-09-2021 17:51     Baxış: 4150 A- / A+
Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevi məhkəməyə verdi

AMEA prezidenti Ramiz Mehdiyevlə qurumun İşlər idarəsinin müdiri Elton Məmmədov arasında qalmaqal səngimək bilmir. Aralarında torpaq davasından tutmuş vəzifə mübahisəsinə qədər davam edən gərginlik məhkəmə ilə nəticələnib.

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin eks müdiri, Ziya Məmmədovun qardaşı Elton Məmmədov qurumu məhkəməyə verib.

Səbəb kimi Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı Elton Məmmədovun yerinə kürəkəninin qardaşı Fikrət Əliyevi gətirməsi olub.

Manevr.az xəbər verir ki, bizim.media-ya bu barədə danışan Elton Məmmədov AMEA-nı məhkəməyə verməsi məsələsini nə təsdiq, nə də təkzib edib: "O mənim hüququmdur. Məhkəməyə verərəm, ya vermərəm, sizə nə? Məlumat vermək istəmirəm. Məhkəmə prosesi gedəndə deyəcəm, zamanında deyiləndə eşidəcəksiniz", - deyə Elton Məmmədov əlavə edib.

Məsələni Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə də dəqiqləşdirməyə çalışdıq.

Elton Məmmədovun AMEA-nı məhkəməyə verməsini təkzib etməməsi məsələnin gündəmdə olaraq həqiqətəuyğun olmasından xəbər verir.

Qeyd edək ki, Elton Məmmədovun AMEA-dakı vəzifəsinə Ramiz Mehdiyevin əmri ilə öz kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı Fikrət Əliyev təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar