Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yeddi il qızına təcavüz edən ata DƏLİ ELAN EDİLİ

Tarix: 14-09-2021 08:21     Baxış: 3355 A- / A+
Yeddi il qızına təcavüz edən ata DƏLİ ELAN EDİLİ

Azyaşlı qızına təcavüz etməkdə və silah saxlamaqda günahlandırılan çoxuşaqlı ata dəli elan edilib.

Bu barədə "RIA Novosti" məlumat yayıb.

Qeyd edilib ki, hadisə Rusiyanın Qatçin rayonunun Himozi qəsəbəsində qeydə alınıb.

Andrey Bovt adlı şəxs həyat yoldaşı ilə sözügedən ünvanda kottecdə yaşayıb. Cütlük səkkiz uşaq böyüdüblər. Onlardan altısı hələ yetkinlik yaşına çatmayıb. Böyük oğlu isə Bovtun ilk münasibətlərindən dünyaya gəlib. Uşaqların doğum haqqında şəhadətnaməsi də yoxdur. Bu günə kimi məktəbə və həkimə aparılmayıblar.

Məlumata görə, polislər onların yaşadıqları kottecdə döyüş silahlarının saxlandığı anbar tapıblar.

İstintaqın məlumatına görə, Andrey Bovt 2012-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər yetkinlik yaşına çatmayan qızını seksual istismar edib.

"Təqsirləndirilən şəxs barəsində məhkəmə stasionar kompleks psixoloji-seksol-psixiatriya ekspertizası təyin edilib və müayinə üçün aparılıb. Rəyə görə, kişi xroniki psixi pozuntudan əziyyət çəkir. Bununla əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsini dərk edə və onlara nəzarət edə bilmir", - deyə məlumatda vurğulanır.

Bovt partlayıcı maddələrin, silahların, onun əsas hissələrinin, döyüş sursatlarının qanunsuz əldə edilməsində, saxlanmasında, daşınmasında, qanunsuz silah hazırlanmasında, seksual xarakterli hərəkətlərdə, zorlanmada və yetkinlik yaşına çatmayanın tərbiyəsi üzrə vəzifələrin lazımınca icra edilməməsində ittiham olunur.

Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərarən qəbul etmək üçün cinayət işi məhkəməyə göndərilib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar