Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hacıqabulda narkotik yetişdirən şəxs saxlanıldı

Tarix: 12-09-2021 10:07     Baxış: 3126 A- / A+
Hacıqabulda narkotik yetişdirən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası məşğul olan Sabirabad rayon sakini Sahib İsayev çalışdığı Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 170 qram marixuana, eləcə də S.İsayevin çalışdığı şirkətin ərazisində becərdiyi 8 ədəd çətənə kolu aşkarlanaq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar