Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Oğurluğa görə tutulan şəxs məhkəmədən sonra ölüb

Tarix: 07-09-2021 19:11     Baxış: 3163 A- / A+
Oğurluğa görə tutulan şəxs məhkəmədən sonra ölüb

Beyləqanda oğurluğa görə tutulan şəxs xəstəxanada ölüb.

Manevr.az-ın oxu.az-a istinadən məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Elnur Əhədzadə halı pisləşdiyi üçün rayon xəstəxanasına aparılıb. E.Əhədzadə orada vəfat edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilən Bakı şəhər sakini Elnur Əhədzadə sentyabr ayının 2-də Beyləqan Rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən qayıtdıqdan sonra qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb:

“Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən E.Əhədzadənin ilkin diaqnoz olaraq beyin insultu keçirtdiyi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq, o, sentyabrın 4-də xəstəxanada vəfat edib”.

DİN-dən qeyd edilib ki, hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar