Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə "patı" satanlar saxlanıldı

Tarix: 07-09-2021 10:26     Baxış: 4131 A- / A+
Mingəçevirdə "patı" satanlar saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan İlkin İsmayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobildə olan sərnişinlərin üzərilərində psixotrop maddə daşımalarına dair polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı nəqliyyat vasitəsi şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və onlar şübhəli şəxs qismində şöbəyə gətiriliblər. Şəxsi axtarış zamanı sərnişinlərdən, Mingəçevir şəhər sakinləri -Viktoriya Butsıkina və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Emin Cəfərovdan kağız, eləcə də sellofan bükümlərdə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı psixotrop maddəni V.Butsıkinanın E.Cəfərovun ona verdiyi 50 manat pulla adı hələlik istintaqa məlum olmayan şəxsdən aldığı, daha sonra əldə etdikləri metamfetamini öz aralarında böldükləri müəyyən edilib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Sevinc Quliyeva şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 ədəd bükümdə metamfetamin aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar