Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nazir müavininin atasının kartından pul oğurlandı

Tarix: 05-09-2021 13:51     Baxış: 3123 A- / A+
Azərbaycanda nazir müavininin atasının kartından pul oğurlandı

"Bu səhər görürəm "monex card"dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb masterkartın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir. 194-də zəng vururam. Oğurluq faktını qeyd etməkdən imtina edir bu firma. Deyir məxfi sözü deyin. Unutmuşam, kartın bütün rəqəmlərini deyirəm. Yox biz sistemə girə bilmirık. Oğurluğu ört-basır etmək istəyirlər".

Bu fikirləri filologiya elmləri doktoru Rəhim Əliyev qeyd edib.

Şikayətçi R.Əliyev fikirlərinə daha sonra bunları əlavə edib:

"Mənim dollar hesabım yoxdur. Amma kartda göstərilir ki, 50-60 dəfə 1-4 dollar hesabı ilə pul siliblər. Bankın komissiyaları da göstərilir.

Mən bu kartda kommunaldan başqa heç bir əməliyyat aparmamışam. Ona görə əminəm ki, oğrular masterkard firmasında və Muğanbankda oturub ya da əvvəllər oturub! 15 ilə yaxındır ki, Azərbaycanda ən kriminal yer banklardır. Müsəlmanlar, özünüzü bunlardan qoruyun!

Üç il qabaq "hesab.az" firması öz proqramının formasında dəyişikliklər etdi. Nəticədə əvvəlki illərdəki ödənişlərimizin arxivi silindi. Bu "hesab.az"-ın "Azərişıq", "Azərsu","Azəriqaz", Rabitə nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi. ABŞ-da buna görə 50 il iş kəsərdilər! Bu barədə yazdım. Səs çıxmadı.

Çünki Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı, xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə yoxdur!"

Əldə olunan məlumata görə, Rəhim Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. R.Əliyev AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur. Eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür./demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar