Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dənizdə batan gənc polis həmin gün dörd nəfəri ölümdən xilas edib - TƏFƏRRÜAT/ŞƏKİL

Tarix: 04-09-2021 16:56     Baxış: 4391 A- / A+
Dənizdə batan gənc polis həmin gün dörd nəfəri ölümdən xilas edib - TƏFƏRRÜAT/ŞƏKİL

Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün dörd nəfəri ölümdən xilas edib.


Manevr.az
xəbər verir ki, hadisə Xəzər rayonundakı “Mayak” çimərliyində baş verib. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov dənizə əslində çimməyə yox, təsadüfdən gedibmiş.

Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin beş üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Daha sonra o, daha iki nəfəri ölümdən qurtararaq sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını ikinci dəfə xilas edib.

Məlumatda bildirilir ki, İ.Əlosmanov dörd nəfəri xilas etdikdən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

Qəhrəman polisin atası da ötən il vəfat edib.trend

Manevr.az

Dənizdə batan gənc polis həmin gün dörd nəfəri ölümdən xilas edib - TƏFƏRRÜAT/ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar