Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Süpürgəçi küçədə tapdığı böyük məbləğdə pulu sahibinə qaytardı

Tarix: 03-09-2021 18:17     Baxış: 3138 A- / A+
Süpürgəçi küçədə tapdığı böyük məbləğdə pulu sahibinə qaytardı

Türkiyənin Mardin şəhərində küçələrin təmizliyə nəzarət edən qurumun əməkdaşı alqışalayiq davranıb. Ahmet Koçer küçədə tapdığı böyük məbləğdə pulu sahibinə qaytarıb.

Manevr.az xəbər verir ki, hər səhər küçələri süpürən Mardin Büyükşehir Bələdiyyəsinin əməkdaşı çanta tapıb. Ahmet Koçer çantanın içinə baxanda burada məbləğini dəqiq müəyyənləşdirə bilmədiyi qədər xarici valyuta və 8500 lirə (təxminən 1000 dollar) olduğunu görüb. O, dərhal bələdiyyə rəhbərliyinə məlumat verib. Pulun sahibi tezliklə ortaya çıxıb. Murat Akıncıya tapılan çantanın bələdiyyədə olduğunu deyiblər. Saç ustası ora gələrək çantanın sahibi olduğunu sübut edə bilib. Bundan sonra pulu yiyəsinə qaytarıblar. Murat Akıncı Ahmet Köçerə xüsusi təşəkkür edib.

Məsələ sosial şəbəkələrdə çox müzakirə olunub. Yazılanlara görə, Ahmet Koçer sahibinə xeyli böyük məbləği qaytarıb. Yəni çantada xarici valyuta çox olub. İkinci nüans isə çantanın sahibinin davranışı ilə bağlıdır. Murat Akıncının Ahmet Koçerə bəxşiş verməməsi hiddət doğurub. Yazırlar ki, təmizlik işçisi indi insanlara xas olayan böyük dürüstlük nümunəsi göstərib, amma saç ustası səxavətli davranmayıb.

Bu ilin yanvarında Kahramanmaraşda da bənzər hadisə baş vermişdi. Küçəni süpürən şəxs 50 min lirə (həmin dövrün məzənnəsi ilə təxminən 8 min dollar) tapmışdı. Halil İbrahim Çınar zibil qutularının yanında gördüyü pulu polisə təhvil vermişdi. Bundan sonra pulun sahibi tapılmışdı. Vedat Gölcü Murat Akıncı kimi davranmamışdı. O, təmizlik işçisini mükafatlandırmışdı. Vedat Gölcü mətbuata müsahibəsində Halil İbrahim Çınara və onun ailəsinə bir illik səyahət hədiyyə etdiyini bildirmişdi. Hərçənd, Vedat Gölcünün böyük borclarının olduğu bilinmişdi. Pulu tapılan şəxs həmin gün banka 250 min lirə ödəməliymiş. Bunun 50 min lirəsinin yolda itirib. Pulu vicdanlı təmizlik işçisinin tapması Kahramanmaraş sakinini böyük problemdən xilas edib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar