Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə Şəhidlər lövhəsini sökənlər axtarılır - VİDEO

Tarix: 01-09-2021 22:20     Baxış: 4237 A- / A+
Kəlbəcərdə Şəhidlər lövhəsini sökənlər axtarılır - VİDEO

Kəlbəcər rayonunda xoşagəlməz, eyni zamanda, müəmmalı hadisə baş verib. Belə ki, rayonun Comərd kəndinin bir qrup sakini torpaqlar işğaldan azad ediləndən sonra Qarabağ müharibəsində şəhid olmuş həmkəndlilərinin fotoları vurulan lövhə hazırlayıblar. Lövhə dəmir dayaqlarla kənddə yolun kənarında quraşdırılıb. Bir müddət sonra təkrar kəndə gedən sakinlər şəhidlərin rəsmləri vurulan lövhənin çıxarılaraq, yol kənarına atıldığının şahidi olublar. Lövhənin kim və ya kimlər tərəfindən qırılıb atılması müəmmalı qalır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı konkret.az-a açıqlama verən Kəlbəcərin deputatı Aqil Məmmədov lövhənin yenidən əvvəlki yerinə quraşdırıldığını söyləyib:

“Birinicisi, o lövhənin aşırılması şəhidlərə, onların ailələrinə hörmətsizlikdir. Hansı məqsədlə olursa olsun, şəhidin şəkli vurulan lövhəyə o cür yanaşma olmamalıdır. Bu məsələyə laqeyd qalmaq olmaz, hər şey araşdırılacaq. Lövhə çıxarılsa belə, səliqəli şəkildə çıxarılmalı, yeri dəyişdirilməli idi. Kəlbəcər rayonunun polis rəisi lövhənin yerinə quraşdırıldığını söyləyib”, – deyə deputat vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar