Xəbər lenti
Ağacları obyekt tikmək istəyənlər yandırırmı?

Yay fəsli gəlişi ilə bir çox yanğınları da özü ilə bərabər gətirdi. Havaların həddindən artıq isti keçməsi ilə əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində meşə yanğınları başladı. Qardaş ölkə Türkiyə, Yunanıstan və s. kimi ölkələrdə bu il çox iri miqyaslı yanğınlar başladı və küləyin təsiri ilə daha da böyüdü. Bu yanğınlar zamanı saysız hesabsız ağaclar məhv oldu.
Bu il Azərbaycanın da bəzi bölgələrdə meşə yanğınlarının şahidi olduq. Hətta bir neçə gün öncə Nizami rayonu, Heydər Əliyev prospektində yolun kənarındakı ağacların və hasarın birdən-birə alov aldığını gördük. Xoşbəxtlikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürüldü.
Bu yanğından sonra sosial şəbəkələrdə müxtəlif fikirlər müzakirə olunmağa başladı. Kimisi yol kənarındakı ağacların qəsdən yandırıldığını, kimisi ağacları kəsmək medonunun indi də yandırmaqla əvəz olunduğunu, kimisi isə bu yandırılan ağacların yerində bir neçə ay sonra yeni obyektlərin tikiləcəyini bildirdi.
Eko-aktivist Cavid Qara isə bizimyol.info-ya məsələ ilə bağlı münasibət bildirən zaman söyləyib ki, bu iddialar əsassızdır.
“Çünki bu iddianı edən insanlar nümunə göstəməlidirlər. İndiyə qədər yanğın baş vermiş və daha sora obyekt ucaldılmış yerləri göstərsələr, o zaman əsaslı hesab etmək olar. Belə bir metod iri miqyasda yox, çox lokal miqyasda bəlkə də ola bilər.
Bu fikir meşə yanğınlarına ümumiyyətlə, aid ola bilməz. Çünki hamı istəyər ki, obyekti gözəl mənzərəli bir yerdə olsun. Yanmış meşədə yox.
Heydər Əliyev prospektinə gəldikdə isə indi bunu sübut etmək çox çətindir. Sadəcə, gözləmək lazımdır. Əgər orada nə vaxtsa, obyekt tikilərsə, yaxud da bir neçə ay ərzində, növbəti ağacəkmə mövsümündə o əraziyə ağac əkilməzsə, bu iddiları qaldırmaq olar. Sübut olmalıdır, yoxsa analiz aparmaq düzgün deyil”,-deyə bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar