Xəbər lenti
Azərbaycanda müəllimi elektrik cərəyanı vuraraq öldürdü

Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su matoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, matorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub. X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar