Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda məmur oğlu namaz qılıb bacısını güllələdi - TƏFƏRRÜATLAR

Tarix: 25-08-2021 18:23     Baxış: 3360 A- / A+
Bakıda məmur oğlu namaz qılıb bacısını güllələdi - TƏFƏRRÜATLAR

Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayevin qızını öldürən oğlu 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məmur oğlunun bacısını hansı səbəbdən öldürməsi ictimaiyyətdə hələ də müəmma kimi qalıb. Cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.


Manevr.az xəbər verir ki, lent.az sözügedən cinayət işi üzrə materialları əldə edib.

İttiham aktına əsasən bildirilir ki, hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qeydə alınıb. M.Babayev ərindən boşanan bacısı 1991-ci il təvəllüdlü Aydan Babayevanı başqa kişilərlə münasibət saxladığı üçün öldürüb. Lakin istintaq M.Babayevin cinayət hadisəsini törətdiyi zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olduğu qənaətinə gəlib. Bununla bağlı müəyyən ekspertizalar keçirilib.

Bu səbəbdən M.Babayevə Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Məhkəmədə çıxış edən M.Babayev ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, bacısıyla hər hansı düşmənçilik və ədavəti olmayıb, Aydanı heç vaxt öldürmək fikrinə düşməyib. Sadəcə bacısının ölümündən əvvəl onu, ailəsini dilə gətirilə bilinməyəcək ifadələrlə təhqir etməsinə və illər boyunca əxlaqsızlıq etdiyinə dözməyərək onu öldürüb:

"Aydan tək bacım idi. Ondan başqa 3 qardaşım var. Aydan 2014-cü ildə ailə həyatı qurdu. Hamilə olarkən ailədaxili səbəblərə görə ərindən ayrıldı. Onun ərindən ayrıldıqdan bir neçə gün sonra başqa kişi ilə sevgili kimi danışmasını aşkar etdim. Həmin vaxt evdə sözlü mübahisələr oldu, Aydana başqa kişilər ilə müvəqqəti sevgili kimi danışmamasını, belə tərbiyəsiz hərəkətlərə yol verməməsini, etdiyi hərəkətlərin ailəmizin şərəf və ləyaqətinə xələl gətirə biləcəyini dedim. Bu səbəbdən evdən küsülü şəkildə çıxdım, kirayə yaşamağa başladım. Həmin vaxtı Azərbaycan Kooperasiya Universitetinə daxil olmuşdum. Kirayə yaşaya-yaşaya tələbəlik edirdim.

Bir müddət sonra Aydanın bir oğlu oldu. Bir az bu səbəbdən aramızda olan inciklik getmişdi. Kirayə yaşasam da, ailəmlə əlaqələrimi kəsməmişdim. Aydanla da telefonla danışırdım. Hər danışanda hərəkətlərinə diqqət etməli olduğunu dilə gətirirdim. Bir neçə ay sonra Aydanın başqa kişilərlə görüşdüyünü ordan-burdan eşitdim. Yenidən bununla bağlı ailəmlə, Aydanla davalarım oldu. Yenidən onunla ailə bağlarımız qırıldı.

2018-ci ildə universiteti bitirib, hərbi xidmətə yola düşdüm. 1 ildən sonra evə qayıtdım. Həmin vaxtı atamla Türkan qəsəbəsində yaşayırdım. Aydanda evdən çıxmış, kirayə yaşamağa başlamışdı. Dəfələrlə atama və özünə deyirdim ki, kirayədən çıxsın və evə qayıtsın. Gözümüzün qabağında olsun. Maraqlandım ki, Aydan kirayə yaşadığı evdə başqa kişilərlə görüşür. Onun yanına getdim. Davamız oldu. O, mənə yetişkin biri olduğunu, ərindən boşandığı üçün kiminlə istəsə görüşücəyini dedi. Orda onu acıladım. Qolundan tutub Türkana gətirdim. Türkanda bağ evinin təmiri pis olsa da, yaşamaq üçün hər cür şərait var idi. Ona dedim ki, evi də təmir edəcəm, birlikdə yaşayacağıq.

Aydana həmçinin bildirdim ki, bundan sonra görüşdüyün kişi yalnız sənin gələcək ərin ola bilər, başqa heç bir halda kişilərlə görüşüb sevgili kimi, yəni intim münasibət qurmağına heç vaxt razı olmayacağıq. İzah etdim ki, onun tərbiyəsiz və əxlaqsız hərəkətlər etməyi ailəmizin, nəslimizin yaşadığımız qəsəbədə, həmçinin bizi tanıyanlar arasında papağımızı yerə soxur, qeyrətimizi, şərəfimizi və kişiliyimizi şübhə altına alır. Aydan mənə və sözlərimə qulaq asacağına söz verdi”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən bir müddət əvvəl dostuyla Gəncəyə gedib:

"Axşam təxminən saat 23 radələrində Aydanla danışıb salamatçılıq olub-olmadığını soruşdum. Bacım şəhərdə oğlu ilə birlikdə gəzdiyini dedi. Aydanın oğlu çox vaxt onun keçmiş ərinin anasıgildə qalıb. Mən telefonda Aydanın üstünə hirsləndim. Dedim gecdir, uşağı atasıgilə ver və evə qayıt. Lakin Aydana daha sonra zəng etsəm də, onunla əlaqə yarada bilmədim. Çünki telefonunu söndürmüşdü. Düşündüm ki, o gecə evə gəlməyibsə, yenə başqa kişilərlə görüşür. Sabahı gün Bakıya qayıtdım. Bağ evinə gəldim. Aydan yatırdı. Onun yuxudan durmasını gözlədim. Fikrim Aydanla danışmaq və həmin axşam gecəni harada olmasını soruşmaqdan ibarət idi. Həmin vaxt balkonda Aydanın "planşet”ini gördüm. Planşet kodsuz olduğu üçün "Whatsapp” yazışmalarına daxil oldum. Həmin vaxt onun "Səbiş” kimi qeyd etdiyi şəxslə yazışmalarını oxuduqda, bildim ki, "Səbiş” əslində kişi adıdır və Aydan həmin kişi ilə sevgili kimi münasibət qurub. Yenə də onunla səbrlə danışmağım üçün Allahdan özümə səbr dilədim və namaz əşyalarımı götürüb namaz qıldım. Namazda Aydana ağıl verməsini, onu düz yola gətirməsini, Aydanın əxlaqsız hərəkətlərdən uzaq olmasını, bacımın ailəmizin şərəf və ləyaqətlərinə xələl gətirməməsini Allahdan istədim”.

M.Babayev deyib ki, namazdan aşağı düşəndə Aydanın yuxudan durduğunu görüb:

"Aydana nəyə görə o gün gecə evə gəlməməsini, gecəni harada və kiminlə olmasını, nəyə görə özünə və ailəmizə yaraşmayan hərəkətlər etməsini soruşdum. Aydan mənə həmin gecə sadəcə olaraq gəzdiyini, telefonunun enerjisinin qurtardığını dedi. Mən onun qeyri-səmimi olduğunu görüb bundan sonra mənim icazəm olmadan evdən çıxmayacağını, etdiyi pis hərəkətlərə görə tövbə etməyincəyə qədər onunla danışmayacağımı bildirdim. Üzümü çevirib getmək istəyəndə Aydan mənə və ailəmizə qarşı təhqiramiz ifadələr işlətdi. Həmin anda "şok” vəziyyətində oldum, həyəcanımdan nə edəcəyimi, nə cavab verəcəyimi bilmədim. Bir anlıq gözlərim qaraldı. Özümü tamamilə itirdim. Onun bizə qarşı belə sözlər işlədəyəcəyini heç zaman gözləmirdim. Onun sözlərindən o qədər təsirləndim ki, hadisənin sonrakı gedişatını xatırlamıram. Onu deyə bilərəm ki, evin pəncərəsində təklüləli ov tüfəngi vardı. Tüfəngi necə götürdüyümü, Aydanı necə vurduğumu vallah billah xatırlamıram. Ancaq atəş səsi hələ də qulağımdadır. Həmin vaxt özümü elə zəif, elə gücsüz hiss etdim ki, addım ata bilmədim, bütün bədənim keyimişdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, tüfəngi də özü ilə götürərək maşına minib:

"Maşını sürüb dostum Turqutun yanına gəldim. Ona Aydana vurduğumu dedim. Turqutda atama məsələni danışdı. Sonra məni maşına qoyub evin yanına gətirdilər. Polisə könüllü təslim oldum. Əməlimdən peşmanam. Gərək belə olmayardı”.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə M.Babayev 1 il müddətinə azadlıqdan məhrum edilib. M.Babayevin cəzası bu il sentyabrın 20-də bitir.

Onu da qeyd edək ki, R.Babayev hadisədən bir müddət sonra tutduğu vəzifədən azad edilib. Onun barəsində dələduzluq və vəzifə səlahiyyətləri aşma maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar