Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bu kəndində qaranlıq olan kimi evlər, tövlələr yanır... - VİDEO

Tarix: 25-08-2021 09:11     Baxış: 3150 A- / A+
Azərbaycanın bu kəndində qaranlıq olan kimi evlər, tövlələr yanır... - VİDEO

Ağsuda bir kənddə gecə saatlarında müxtəlif həyətlərdə ard-arda yanğınlar olur. Bu isə yanğınların kimsə tərəfindən qəsdən törədildiyi şübhəsini yaradır. Sakinlər 5 gündür davam edən bu hadisələrdən təşvişə düşüb. Bu səbəbdən polis əməkdaşları kənddə nəzarəti gücləndirib.

Qaranlıq olan kimi ot tayaları, tövlələr yanmağa başlayır.

Ağsu rayonu Keçdiməz kəndində bir neçə gündür qeyri- müəyyən yanğınlar olur. Sakinlərin iddiasına görə yangınların ard -arda və müxtəlif həyətlərdə olması qəsdən edilib. Gecə olan kimi yanğınlar başlayır. Daha çox ot tayaları və tövlələr yandırılır.

Kənd ərazisində baş verən yangınlarla bağlı aidiyyəti üzrə məlumatlar verilib. Yanğınsöndürənlər də kənddə bir neçə yanğını söndürüb, alovların yayılmasının qarşısını alıblar.

Keçdiməz kənd sakinləri 102 çagrı mərkəzinə zəng edəndən sonra polis əməkdaşları həmin kənddə nəzarəti gücləndirib. Hətta kənd ərazisində bir nəfərin naməlum şəxslər tərəfindən döyülməsi də polisə bildirilib.

Yanğın hadisələrinin 5 gündür ki, davam etdiyi bildirilir. Sakinlər məsələnin tezliklə həll olunmasını istəyirlər./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar