Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

44 günlük müharibə zamanı Arazdəyən kəndinə Rusiya qüvvələrinin yerləşdirildiyi üzə çıxdı

Tarix: 24-08-2021 21:35     Baxış: 4228 A- / A+
44 günlük müharibə zamanı Arazdəyən kəndinə Rusiya qüvvələrinin yerləşdirildiyi üzə çıxdı

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri hələ 44 günlük müharibə ərzində Zəngəzurun Arazdəyən kəndinə yerləşdirilib.

Manevr.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib. Arazdəyən kəndi istiqamətində son günlər tez-tez atışmalar baş verir və erməni tərəfi Azərbaycan ordusunun Sədərək ətrafında yerləşən mövqelərinə atəş açır.

Sorğuya verilmiş cavabda göstərilir ki, Rusiya sərhəd qüvvələri ötən il oktyabrın 19-da Naxçıvanla sərhəddə “Yerasx” (ermənilər Arazdəyən kəndini belə adlandırırlar,-red.) sərhəd zastavasını yaradıblar və orada dislokasiya olunublar.
44 günlük müharibə zamanı Arazdəyən kəndinə Rusiya qüvvələrinin yerləşdirildiyi üzə çıxdı

Bununla belə Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirir ki, sərhədin həmin hissəsi Rusiya sərhəd qoşunlarının Arazdəyən kəndində yerləşdirilmiş bölmələri tərəfindən mühafizə olunmur. Həmin istiqamətdə Ermənistan ordusunun bölmələri mövqe tutub.

Rusiya sərhəd qoşunlarının qüvvələrinin Ermənistanın Azərbaycanla sərhəd Tavuş və Qeqarkunik vilayətlərində yerləşdirilməsi məsələsi ilə bağlı suala isə cavab verilməyib.

Xatırladaq ki, bu günlərdə Rusiya sərhəd qoşunları Tavuş vilayətinin Əskipara kəndində zastava qurub, vilayətin daha bir neçə kəndində rusların göründüyü haqda xəbərlər yayılmışdı./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar