Xəbər lenti
11 yaşlı uşağı anasının tanışı döyərək öldürdü - Rəsmi

Goranboy rayonunda 11 yaşlı uşaq qətlə yetirilib.
Rayon prokurorluğundan verilən məlumata görə, azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İkram Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar