Xəbər lenti
Fazil Məmmədovun otelində nə baş verir?

Hazırda "PMD Hospitality” MMC-nin idarəetməsində olan hotelin rəhbəri dəyişib, kapitalı 2.7 dəfə böyüdülüb.
Manevr.az-ın "banker.az"a istinadən məlumatına görə, 5 ulduzlu "Excelsior”un idarəedici şirkəti "Excelsior Hotel” MMC-nin Baş direktoru Cəmilə Şəfiyeva İbrahim qızı vəzifəsindən azad edilib.
Onun yerinə Elvin Rəhimov Fazil oğlu təyin edilib.
E.Rəhimov buna qədər "PMD Hospitality”yə məxsus "Garabag Hotel and SPA”da rəhbər kimi fəaliyyət göstərib.
Digər önəmli məsələ isə Bakının Heydər Əliyev prospeltində yerləşən "Excelsior Hotel”in nizamnamə kapitalının 2.73 dəfə artırılmasıdır. Şirkətin avqusta qədər nizamnamə kapitalı 100 min manat olaraq rəsmləşdirildiyi halda, bu hazırda 273 min manata qaldırılıb.
"Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb. Bu tarixdən etibarən "PMD Hospitalty”nin idarə etməsinə keçib. Buna qədər isə hotel özü "Ata Holdinq”in idarəetməsində idi.
"Ata Holdinq”in sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədov idi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































