Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər - ŞƏKİLLƏR

Tarix: 15-08-2021 10:17     Baxış: 4197 A- / A+
Azərbaycanda cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər - ŞƏKİLLƏR


Qubada atasının avtomobilindən oğurluq edən şəxsi görən azyaşlı oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Manevr.az "report"a istinadən xəbər verir ki, hadisə Əliməmmədoba kəndində qeydə alınıb.

Bir neçə gün əvvəl Əliməmmədoba kənd sakini 11 yaşlı E.Həsrətov yaşadığı evin qarşısında atasına məxsus minik avtomobilindən naməlum şəxsin oğurluq etməsinin şahidi olub. Həmin şəxs azyaşlını gördükdə dərhal ərazidən uzaqlaşıb. Lakin bir neçə gün sonra E.Həsrətovu qaçıraraq, kəndin kənarına gətirib və gördüklərini kiməsə danışacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Naməlum şəxsin əlindən xilas olmağı bacaran azyaşlı başına gələnləri valideynlərinə danışıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Kənd sakinləri yeniyetmənin növbəti dəfə qaçırılacağından ehtiyat edərək, nəzarət tədbirləri həyata keçirməyə başlayıblar. Bu gün gecə saatlarında sakinlər kənd ərazisinə qeydiyyat nişanı olmayan avtomobilin hərəkət etdiyini müşahidə edərək, onu saxlayıblar. Qonşu Hacıhüseynli kəndindən olan 2 nəfər Əliməmədobaya niyə gəldiklərini əsaslandıra bilməyib. Bundan şübhələnən sakinlər polisə məlumat veriblər.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın yekununda saxlanılan şəxslərin təqsirkar olub-olmaması məlum olacaq.

Azərbaycanda cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər - ŞƏKİLLƏR
Azərbaycanda cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar