Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sabiq deputat vəfat etdi - Şəkil

Tarix: 13-08-2021 11:47     Baxış: 3211 A- / A+
Azərbaycanda sabiq deputat  vəfat etdi - Şəkil

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

70 yaşında dünyasını dəyişən T.Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Manevr.az
Azərbaycanda sabiq deputat  vəfat etdi - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar