Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ŞOK HADİSƏ: Uşaqlara narkotik təklif edildi - DİN hərəkətə keçdi

Tarix: 12-08-2021 10:54     Baxış: 4233 A- / A+
Bakıda ŞOK HADİSƏ: Uşaqlara narkotik təklif edildi - DİN hərəkətə keçdi

Ötən gün Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif olunub.

Manevr.az xəbər verir ki, bu barədə Abşeron KOB İnkişaf Mərkəzinin əməkdaşı Lalə Bağırova “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində bu hadisənin şahidi olub.

“Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər.

Bakıda ŞOK HADİSƏ: Uşaqlara narkotik təklif edildi - DİN hərəkətə keçdi


Bizim uşaqlar bildirəndə ki, “biz bilirik bunlar nədi”, - qayıdıblar ki, sizin bilmədiyiniz şeylərdəndi. Bir sözlə uşaqlar çox pis bir təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər.

Öz aralarında isə danışırlarmış ki, uşaqları basıb maşına aparsınlar. Demək istədiyim budur ki, belə hallar çox kütləviləşib.

Çalışaq evdə azyaşlı uşaqlarımıza belə başa salaq-heç kimsədən nəsə almasınlar. Çalışaq uşaqlarımızı qəti nəzarətsiz buraxmayaq. AAAF Parkda digər kameralar da var. Xahiş edirik, bu məsələ təcili araşdırılsın”, - deyə Lalə Bağırova bildirib.

Bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılacaq.

“Məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır”, - deyə qurum rəsmisi bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar