Xəbər lenti
Faciəvi hadisə - "Azərişıq"ın əməkdaşı öldü

Avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar