Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

AzTV sədri xidməti maşınla qayda pozub?

Tarix: 06-08-2021 21:28     Baxış: 4110 A- / A+
AzTV sədri xidməti maşınla qayda pozub?

Sosial şəbəkələrdə Azərbaycan Televiziyasının (AzTV) sədrinin xidməti maşını ilə qayda pozması barədə xəbərlər dolaşmaqdadır.

Manevr.az xəbər verir ki, bu barədə AzTV-dən bildirib ki, xəbər yayılan kimi məsələni araşdırmaq məqsədilə hadisəyə ilk reaksiya verən AzTV-nin özü olub.

Sədrin göstərişi ilə TV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi hadisəni araşdırmaq məqsədilə cavabdeh qurumlara, konkret olaraq BNA və DİN-ə müraciət ünvanlayıb:

"Müraciətimizə cavab olaraq bildirilib ki, həmin hadisə ilə bağlı digər media qurumları da zəng edib, maraqlanıblar. Lakin hər iki qurumdan alınan cavab belə olub - “Həmin ərazidə belə bir hadisə qeydə alınmayıb”. Başqa sözlə, sosial şəbəkələrdə və həmin şəbəkələrdə yazılan hər bir məlumatı dəqiqləşdirmədən, soruşmadan böyük həvəslə yayan “həmkarlarımıza” bir daha bildiririk ki, diqqətli olsunlar. Öz şəxsi maraq və prinsiplərindən çıxış edərək yalan məlumat yaymaq bir daha deyirik, jurnalistika yox, reketçilik, şantaj və qarayaxmadır. Tədbirə gəldikdə isə, bəli, iyulun 22-də, Mətbuat və Jurnalistika Günü ilə bağlı AzTV sədri Milli Parkda keçirilən rəsmi tədbirdə iştirak edib. Lakin həmin tədbir zamanı xidməti maşın yol hərəkəti qaydalarını pozmayıb. Çünki vəzifəsindən və statusundan asılı olmayaraq heç kim qayda pozuntusuna yol verə bilməz. Hamı qanun qarşısında bərabərdir. O cümlədən, feyk foto və xəbərlərlə ictimaiyyəti çaşdıranlar və jurnalistika adına xələl gətirənlər"./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar